Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari 87 yaşında vəfat edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö məlumat yayıb.
“Prezident Martti Ahtisaari oktyabrın 16-da saat 06:40-da Helsinkidə vəfat edib. Prezident Ahtisaari 87 yaşında dünyasını dəyişib”, – məlumatda deyilir.
Qeyd edək ki, Martti Ahtisaari 2008-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdü.
Ariz Həsənoğlu,
KONKRET.az
