“Foto və videolar sübut edir ki, Ermənistan beynəlxalq siyasətdə yetim statusundadır” – Aşotyan – FOTO/VİDEObackend

"Foto və videolar sübut edir ki, Ermənistan beynəlxalq siyasətdə yetim statusundadır" - Aşotyan - FOTO/VİDEO

“Yekun bəyanatda Qarabağ haqqında bir kəlmə də yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika partiyası rəhbərinin müavini Armen Aşotyan özünün Facebook səhifəsində yazıb. O, Paşinyan-Əliyev-Makron-Mişel və Paşinyan-Ərdoğan arasında dünənki görüşlərin yekunlarını şərh edib.

“Erməni xalqının öz mövcudluğu altında döşənmiş minanın son partlayışının qarşısını almaq üçün cəmi bir ay vaxtı var.

Praqa görüşünün nəticələri haqqında qısaca:

– Dördtərəfli bəyannamə ilə ərazi bütövlüyünün qarşılıqlı tanınmasının təsdiqi heç nədir, köpükdür. Alma-Ata Bəyannaməsi belə bir əsas deyil və BMT Nizamnaməsinə görə, bu, artıq BMT-yə daxil olarkən edilib.

– Aİ sərhəd missiyasının mexanizmi Ermənistanın müvafiq nəticələrlə dolu geosiyasi dönüşünün ilk institusional addımıdır.

-Yekun bəyanatda Qarabağ haqqında bir kəlmə də yoxdur ki, bu da Nikolun yeritdiyi siyasətin tərkib hissəsi kimi Qarabağdan mərhələli şəkildə imtina prosesində növbəti xəyanətkar addımdır.

-“Hərbi əsir”lərin dərhal azadlığa buraxılması, mədəni irsin qorunub saxlanması və digər humanitar məsələlərdən bir söz belə yoxdur.

– Praqadan gələn foto və video xəbərlər də sübut edir ki, Nikolun təmsil olunduğu Ermənistan beynəlxalq siyasətdə yetim statusundadır və qalacaq.

Erməni xalqının öz mövcudluğu altında döşənmiş minanın son partlayışının qarşısını almaq üçün cəmi bir ay vaxtı var”, – deyə Aşotyan bildirib.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*