Fransa Fələstin dövlətinin tanınması imkanlarını araşdırırbackend

Fransa Fələstin dövlətinin tanınması imkanlarını araşdırır

“İspaniya, İrlandiya və Norveç İsrailin Rəfahdakı hücumu fonunda Fələstin dövlətini rəsmən tanıyıb, Fransa isə tərəddüd etməkdə davam edir. Bunun doğru an olmadığını düşünən Paris, avropalı qonşularının izi ilə getməmək yolunu seçib. Lakin buna baxmayaraq, mümkün tanınma şərtlərini araşdırır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazır.

Qəzet Fransa prezidenti Emmanuel Makrondan sitat gətirib.

“Makron daha əvvəl demişdi: “Mən Fələstin dövlətini tanımağa tam hazıram, lakin inanıram ki, bu tanınma doğru zamanda baş verməlidir”.

Avropa Parlamentinə sosialistlərin aparıcı namizədi Raphael Glucksmann, Makraonun  bu açıqlamasına belə reaksiya:

“Mən məyus oldum”.

O, Makronu qərarı qeyri-müəyyən müddətə təxirə salmaqda ittiham edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*