Moldovanın baş naziri Dorin Reçan İspaniyanın “El Pais” qəzetinin dərc etdiyi materialı şərh edib.
KONKRET.az xəbər verir ki, həmin yazıda deyilir ki, Moldova hökuməti Dnestryanı regionun reinteqrasiyası planını hazırlamaq üçün guya müəyyən konsaltinq şirkətinə müraciət edib. Nəşrin yazdığına görə, Moldova “Almaniyadan nümunə götürərək” birləşəcək. Reçan bu məlumatı təkzib edib.
“Hökumət heç bir konsaltinq şirkəti ilə müqavilə bağlamayıb. Hökumətin Levoberejya də daxil olmaqla Moldovanın bütün sakinləri ilə bağlı gördüyü hər şey şəffafdır və hamı bundan xəbərdardır. Hökumət Levoberejya sakinlərini keyfiyyətli xidmət və normal yaşayış şəraiti ilə təmin etmək üçün nəzərdə tutulan bu tədbirləri davam etdirəcək. Yenə deyirəm, belə bir müqavilə və ya plan yoxdur”, – Moldova baş naziri bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az