Fransa qoşunlarını Nigerdən çıxarmağa başlayacağını AÇIQLADIbackend

Fransa qoşunlarını Nigerdən çıxarmağa başlayacağını AÇIQLADI

Nigerdə ​​yerləşdirilən fransız qoşunları bir həftə ərzində Afrika ölkəsini tərk edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Biz bir həftə ərzində geri çəkilmə əməliyyatına başlayacağıq, hər şey nizamlı şəkildə, təhlükəsizlik şəraitində və Nigerlə koordinasiya əsasında həyata keçiriləcək”, – Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edək ki, Nigerdə  üsyançıların təyin etdiyi dövlət, daxili işlər, ictimai təhlükəsizlik və ərazi idarəetmə naziri Mohamed Toumba Əl-Cəzirə telekanalına bildirib ki, o, Fransanın Nigerdən ordusunu geri çəkmək niyyətində olmadığına inanır. O, Parisin “Nigerdə ​​terroru dəstəklədiyini” və ölkənin öz resurslarını idarə etməsinə icazə vermədiyini xatırladıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*