Fransa son anda qərarını dəyişdi: Rusiya dəvət olunmayacaqbackend

Fransa son anda qərarını dəyişdi: Rusiya dəvət olunmayacaq

Fransa Rusiyanı ABŞ və Böyük Britaniya qüvvələrinin Fransanın Normandiya sahillərinə daxil olmalarının 80 illiyinə həsr olunan yubiley tədbirinə dəvət etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşr iki diplomatik mənbəyə istinadən xəbər verir ki, Rusiya nümayəndələri Normandiya desantının 80-ci ildönümünə dəvət edilməyəcək.

Lakin, bir müddət əvvəl rəsmi Paris Rusiya nümayəndələrinin sözügedən tədbirə dəvət edəcəyini elan etmişdi. Fransanın bu qərarından ABŞ və İngiltərə narahatlığını ifadə etmişdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*