Fransanın “Safran Group” Ermənistanla birgə silah istehsalına başlamağı planlaşdırır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə və raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı “Snecma” və elektronika istehsalçısı “SAGEM”-in birləşməsi nəticəsində yaranıb.
“Safran Group” bölmələri həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və Patroller MALE İHA istehsal edir.
Vəli Həsənov,
KONKRET.az
