Fransada etiraz edən fermerlər Paris yaxınlığındakı Rangis ərzaq bazarını ələ keçirməyə cəhd ediblər.
KONKRET.az xəbər verir ki, məlumata görə, bir qrup şəxs İle-de-Fransın bütün metropoliten bölgəsini qida ilə təmin edən pavilyonlardan birinə girməyə cəhd edib.
Hadisə yerinə gələn polis əməkdaşları fermerləri binadan çıxarıblar. Təhlükəsizlik qüvvələri 79 nəfəri saxlayıb və polis bölmələrinə aparıb.
Burhan,
KONKRET.az
