Fransalı deputat Fələstin bayrağı qaldırdı – İclas yarımçıq dayandırıldıbackend

Fransalı deputat Fələstin bayrağı qaldırdı - İclas yarımçıq dayandırıldı

Fransa parlamentinin iclası deputatın Fələstin bayrağını açmasına görə yarımçıq qalıb.

KONKRET.az xəbər verir ki,  (LFI) sol partiyasından olan deputat Sebastien Delogu Qəzza zolağındakı vəziyyətə diqqət çəkmək üçün iclas zamanı Fələstin bayrağını qaldırıb.

Bu səbəbdən Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet parlamentin aşağı palatasının fəaliyyətini yarımçıq dayandırıb. Spiker bunu qəbuledilməzdir adlandırıb.

LFI partiyası hadisənin videosunu dərc etdiyi X mikrobloqunda “Biz sülhün səsini hər yerdə və həmişə daşımağa davam edəcəyik” deyə bəyanat yayıb.

Qeyd edə İnsident kiçik ticarət naziri Frank Rester Qəzza zolağındakı vəziyyətlə bağlı sualı cavablandırarkən baş verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*