Fransalı məşhur futbolçu karyerasını başa vurdubackend

Fransalı məşhur futbolçu karyerasını başa vurdu

Fransa millisinin və Meksikanın “Tiqres” klubunun sabiq hücumçusu A Andre-Pyer Jinyak peşəkar futbolçu karyerasını başa çatdırdığını açıqlayıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, 40 yaşlı forvard uzun illər davam edən uğurlu futbol yoluna nöqtə qoymaq qərarına gəlib. Təcrübəli hücumçu karyerası ərzində Fransanın “Loryan”, “Tuluza”, “Marsel” və “Po” komandalarının formasını geyinib.

Jinyak Fransa futbolunda iki dəfə Liqa Kubokunu, bir dəfə isə Superkuboku qazanmağı bacarıb. O, 2015-ci ildən çıxış etdiyi “Tiqres”də isə klub tarixinin ən yaddaqalan oyunçularından birinə çevrilib. Hücumçu Meksika təmsilçisinin heyətində beş çempionluq sevinci yaşayıb, həmçinin KONKAKAF Çempionlar Kubokunun qalibi olub.

Təcrübəli futbolçu klub karyerası ərzində keçirdiyi 825 oyunda 359 qola imza atıb. Fransa millisində 36 matça çıxan Jinyak 7 dəfə rəqib qapılarına yol tapıb. O, həmçinin 2016-cı ildə keçirilən  Avropa çempionatında gümüş medal qazanan Fransa yığmasının üzvlərindən biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*