Fransalı nazirdən Rusiyaya SƏRT XƏBƏRDARLIQ: “Dünya müharibəsi yaratmayın”backend

Fransalı nazirdən Rusiyaya SƏRT XƏBƏRDARLIQ: "Dünya müharibəsi yaratmayın"

Fransanın baş naziri Qabriel Attal Rusiyanı digər dövlətlərin daxili işlərinə qarışmamaq barədə sərt xəbərdarlıq edib.

KONKRET.az-ın məlumatına görə, Attal bildirib ki, Rusiyanın müdaxiləsi ictimai rəyi manipulyasiya etməyə çalışan bir zəhərdi.

“Rusiya Fransanın təhlükəsizliyini yeni, hibrid formada təhdid edir”, – deyə Fransa baş naziri qeyd edib.

Rusiyanın müdaxiləsinə misal olaraq, Attal Eyfel qülləsinin altında üzərində Fransa bayrağı və “Ukraynanın fransız əsgərləri” yazısı olan tabutların qoyulması ilə bağlı son hadisəni nümunə çəkib.

O bildirib ki, bu cür hərəkətlər yeni dünya müharibəsinə yol aça bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*