Futbol oynayan yeniyetmələri ildırım vurdubackend

Futbol oynayan yeniyetmələri ildırım vurdu

İsveçrədə futbol oynayan 14 yeniyetmə ildırım vurması nəticəsində xəsarət alıb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sankt-Qallen bölgəsinin polis idarəsi məlumat yayıb.

“Əldə etdiyimiz son məlumata görə, ildırım işıq dirəyini vurub və gərginlik yerə keçərək meydançaya yayılıb”, – polis idarəsinin məlumatında qeyd olunub.

Zərərçəkənlərin hamısı 15-16 yaşlı yeniyetmələrdir.

Prokurorluq insidentin təfərrüatını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*