Qarabağda aparılan axtarış işləri zamanı Vətən müharibəsində ordumuz tərəfindən məhv edilmiş daha 9 erməni hərbçinin meyiti aşkarlanıb.
KONKRET.az bu barədə “armeniasputnik”ə istinadən xəbər verir. Məlumata görə, cəsədlər Füzulidə aşkarlanıb.
Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib. Axtarış işləri hazırda Hadrut ərazisində aparılır.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 354-ə yüksəlib.
Vəsilə İbrahim
KONKRET.az
