Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.
Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
13:29
Füzulidə mülki şəxs minaya düşüb.
KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində bir nəfər minaya düşüb, nəticədə ağır bədən xəsarətləri alıb.
Məlumat təsdiqlənib.Bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.