G20 sammitində Sunak və  Si Cinpin görüşü LƏĞV EDİLDİbackend

G20 sammitində Sunak və Si Cinpin görüşü LƏĞV EDİLDİ

G20 sammitində Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Britaniya hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, görüş qrafiklə bağlı problemlərə görə ləğv edilib.

Qeyd edək ki, hazırda İndoneziyanın Bali adasında “G20″nin Zirvə toplantısı davam edir. Noyabrın 15-də başlayan sammit bu gün başa çatacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*