“Gələcəkdə rus xalqını da bu cür aqibət gözləyə bilər…” – VİDEObackend

"Gələcəkdə rus xalqını da bu cür aqibət gözləyə bilər..." - VİDEO

“Bura Ağdamdır… Bu o şəhərdir ki, burada minlərlə adam yaşayırdı, evlər, küçələr var idi, bağlar, üzümlüklər var idi… İnsanlar yaşayırdı, tikirdi, yaradırdı…”

Bu sözləri 2007-ci ildə Ağdama gəlmiş bir rus turist deyir. Qanı qanımızdan, dini dinimizdən olmayan bir insanın Qarabağın dilbər guşələrindən biri olan Ağdamda gördükləri təəssüf və məyusluq hissi yaradır. Ətrafda gördüklərindən şoka düşən turist bunları ürək ağrısı ilə çəkir və insan əli ilə yaradılmış gözəlliyin elə insan əli ilə də məhv edildiyini vurğulayir.

O deyir ki, bütöv bir şəhəri məhv etdikdən sonra evlərin daşlarını satırlar. Rus hər gün daşla dolu yük maşınlarını gördüyünü söyləyir. Ağdamda daşdan başqa heç nə qalmadığını, hər şeyin tamamilə məhv edildiyini, dağıdıldığını deyir.

“Dəhşətdir! Məzarlıqdan da qorxuludur.. Millətlərin bir-birinə nifrəti bu dəhşətli mənzərəni yaradıb. Əgər biz sakitləşməsək, bir-birimizə nifrət etməyi dayandırmasaq, yəqin ki, bu elə belə də davam edəcək… Əgər belə davam edərsə, gələcəkdə rus xalqını da bu cür aqibət gözləyə bilər…“

Təbiətindən zövq almaq üçün gəldiyi Ağdamdan böyük təəssüf və şokla qayıdacaq bu turist sonda belə deyir: “ Artıq çəkə bilmirəm Ağdamı, bacarmıram…”

KONKRET.az həmin videonu təqdim edir:

Xuraman Həmidova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*