backend

Gəncə sakini 94 kilo narkotiklə tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxsi saxlayıblar.

Belə ki, şəhər sakini, əvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*