Gəncədə bir məktəb koronavirusa görə bağlandı – VİDEObackend

Gəncədə bir məktəb koronavirusa görə bağlandı - VİDEO

Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb. 900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub.

KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub.

O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb.

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*