Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Seymur Məmmədovu və 1973-cü il təvəllüdlü Elçin Şirinovu vurub.
Hər iki şəxs xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.\\“Qafqazinfo”
