Gəncədə şagirdlər dönərdən zəhərləndilərbackend

Gəncədə şagirdlər dönərdən zəhərləndilər

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*