Gəncədə şagirdlərin zəhərlənməsinin səbəbi açıqlandı – YENİLƏNİBbackend

Gəncədə şagirdlərin zəhərlənməsinin səbəbi açıqlandı - YENİLƏNİB

Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər salatdan zəhərlənib. 

KONKRET.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də 6b sinfində texnologiya dərsində salat hazırlanıb.

“Həmin salatdan 5 nəfər şagird zəhərlənib. Hadisə dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib”,- məktəbdən qeyd edilib.

Məlumata görə, salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

***

13:31

Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.

KONKRET.az xəbər verir ki, bu barədə  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*