Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu, xəsarət alan varbackend

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu, xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“BakuBus”-a məxsus sərnişin avtobusu ilə “Kamaz” markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*