Gəncədə unun qiyməti bahalaşdıbackend

Gəncədə unun qiyməti bahalaşdı

Gəncə şəhərində un məhsulunun qiyməti təxminən 3 manat civarında bahalaşıb.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən bir neçə ay öncə 50 kiloqramlıq un məhsulu 25, 26 manata satılırdısa, indi qiymətlər 28 manat 50 qəpik, bir çox hallarda isə 29 manatadək təklif edilir. Qiymət artımını satıcılar da gizlətmir. Səbəb kimi məhsulun pərakəndə satışa baha təklif edilməsidir. Un məhsullarında qiymətlərin yüksəlməsi əsasən noyabr ayından sonra müşahidə edilməyə başlayıb. Bu müddətə kimi qiymətlər stabil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*