General məclisdə Arutyunyanı döydübackend

General məclisdə Arutyunyanı döydü

İrəvanda keçmiş separatçı “dqr” rejiminin “hərbi-siyasi rəhbərliyi” tərəfindən təşkil edilən mərasimdə qalmaqal baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri məlumat yayıb.

Saytın Ermənistan hökumətindəki etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, məğlub olmuş erməni silahlı qüvvələrinin general-leytenantı Mikael Arzumanyan ilə keçmiş separatçıların keçmiş “lideri” Araik Arutyunyan arasında yaranan mübahisə tərəflərin qarşılıqlı hücumuyla başa çatıb.

Emosiyalarını cilovlaya bilməyən Arzumanyan Araik Arutyunyana şillə vurub.

Araik isə generala qurşaqdan aşağı təpik ilişdirməklə cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*