Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş 1964-cü il təvəllüdlü Hacıyev Rahil Zöhrab oğlu dalğıclar tərəfindən xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.