Gölə balıq tutmağa gəldilər, həyatlarının sürprizi ilə qarşılaşdılar – TƏFƏRRÜATbackend

Gölə balıq tutmağa gəldilər, həyatlarının sürprizi ilə qarşılaşdılar - TƏFƏRRÜAT

ABŞ-nin Nyu-York ştatında cütlük Kuinsdə maqnitlə balıq tutarkən həyatlarının sürprizi ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, onlar təxminən 100 min dollar dəyərində seyf əldə ediblər.

Ceyms Keyn və Barbi Aqostini həyatının ən unudulmaz anlarından birini Kuinsdəki “Flushing Meadows Corona” parkında yaşayıb.

Cütlük tapdıqları seyfi açanda orada təxminən 100.000 dollar dəyərində 100 dollarlıq əskinas görüblər. Bəxti gətirən amerikalılar Nyu York Polis Departamenti ilə əlaqə saxlayıblar.

Cütlüyün dediyinə görə, polis hər hansısa seyfin oğurlanması ilə bağlı onlara məlumat daxil oldmadığını bildirib. Əşyanın kimə aid olduğuna dair heç bir ipucu da yoxdur. Çünki 100 dollarlıq əskinaslar demək olar ki, yararsız vəziyyətdə olub. Amma buna baxmayaraq, tam islanmış suyu qurutmaq və opnu banka təhvil vermək mümkün olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*