Gömrükçülər qanunsuz yolla siqaret keçirənləri saxladı – FOTObackend

Gömrükçülər qanunsuz yolla siqaret keçirənləri saxladı - FOTO

Gömrük əməkdaşları iki fakt üzrə tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

KONKRET.az-a Dövlət Gömrük Xidmətindən verilən məlumatda bildirilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn DAF markalı yük avtomobilləri saxlanılıb.

Sorğu-sual zamanı hər iki vətəndaş həmin nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Lakin kinoloji xidmət itlərinin tətbiqi ilə keçirilən yoxlama zamanı avtomobillərdə gömrük orqanlarına bəyan olunmayan 2200 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*