Goranboydakı ağır qəzada ölənlərin sayı ARTDI – YENİLƏNİBbackend

Goranboydakı ağır qəzada ölənlərin sayı ARTDI - YENİLƏNİB

Goranboyda avtomobil qəzasında ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı xəsarət alanlardan Əliyeva Dilarə (1972) yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Bununla da qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

13:51

Goranboyda baş verən qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 

KONKRET.az xəbər verir ki, qəza zamanı ölənlər 1969 cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz və 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızlarıdır. Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı və1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərin kafi olduğu bildrilir.

Faktla bağlı araşdırma aparılır.

13:17

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*