Goranboyda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ ” markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov və 39 yaşlı Fədai Hüsenyov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
23:28
Goranboy rayonunun Xanqərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az-ın məlumatına görə, “VAZ-21015” və “VAZ-2104″ markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.
Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.”Report”
