Filippində güclü zəlzələ baş verib.
KONKRET.az “REN TV“yə istinadən xəbər verir ki, yeraltı təkanlar panikaya səbəb olub.
Ölkədəki supermarketlərin piştaxtalarından məhsullar yerə dağılıb.
Yeraltı təkanlar səbəbindən şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qeyd olunub ki, zəlzələnin episentri şəhərdən 50 kilometr aralıda yerləşib.
İqbal Rzayev,
KONKRET.az
