Gürcü deputat “casus”lar üçün “bir növ Nürnberq məhkəməsi” TƏLƏB ETDİbackend

Gürcü deputat "casus"lar üçün "bir növ Nürnberq məhkəməsi” TƏLƏB ETDİ

Gürcüstan parlamentdəki “Xalqın Gücü” partiyası ölkədə “Xarici agentlər haqqında” qanuna ən fəal şəkildə qarşı çıxanların “dövlətə xəyanət” və “casusluq” maddələri ilə mühakimə olunmasını təklif edib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə həmin partiyanın parlamentdəki üzvlərindən olan Quram Maçaraşvili bildirib.

Onun sözlərinə görə, qanunlara etiraz edən, təhqirlə yol verən, qanun tərəfdarlarına qarşı psixoloji zorakılığa cəhd edən hər kəs mühakimə olunmalıdır: “Bu, ekzistensial problemdir, çünki özünü ifşa edən casusların cəzasız qalması ölkənin suverenliyinə və sabitliyinə təsir edəcək”

Siyasətçi “satqınların” məhkəmələrinin canlı yayımlanmasını və proseslərin “bir növ Nürnberq məhkəməsinə” çevrilməsini təklif edib.

Bu arada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) öz hüquqi rəyində bildirib ki, Gürcüstanda qəbul edilmiş “Xarici agent haqqında” qanun ləğv edilməlidir. Çünki sənəd beynəlxalq insan haqları standartlarına uyğun gəlmir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*