Gürcüstan müxalifəti ölkəni Rusiya ilə müharibəyə cəlb etmək istəyir – Oxanaşvilibackend

Gürcüstan müxalifəti ölkəni Rusiya ilə müharibəyə cəlb etmək istəyir - Oxanaşvili

“Gürcüstan müxalifəti ölkəni Rusiya ilə müharibəyə cəlb etmək istəyir”.

KONKRET.az xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının (GA) liderlərindən biri, parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri Anri Oxanaşvili brifinqdə deyib.

O, Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının rəhbərlik etdiyi müxalifətin Rusiya Federasiyası vətəndaşları üçün viza rejiminin tətbiqinin zəruriliyi ilə bağlı tələbini belə şərh edib.

“Müxalifət sabitliyi pozmaq və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyir”.

Oxanaşvilinin bəyanatı Gürcüstan hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə ABŞ və Aİ səfirlərinə qarşı son şifahi hücumları kontekstində verilib. Gürcüstanın müharibəyə cəlb olunmasını istəyən qüvvələrə əl atmaqda günahlandırılır.

Bununla bağlı 48 deputat (müxalifət partiyalarından olan parlament üzvlərinin demək olar ki, hamısı) bu gün, avqustun 4-də açıq məktub dərc edərək, hakim partiyadan olan həmkarlarını, eləcə də Baş nazir İrakli Qaribaşvilini müxaliflərə qarşı böhtan və dezinformasiya kampaniyasını dayandırmağa çağırıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*