Gürcüstan prezidenti: “Rusiya Gürcüstan ərazilərini işğal edib”backend

Gürcüstan prezidenti: “Rusiya Gürcüstan ərazilərini işğal edib”

Gürcüstan prezidenti Mixail Kavelaşvili vəzifəyə gəldikdən sonra ilk beynəlxalq müsahibəsini İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Exo Kavkaza” nəşri yazıb.

Moskva ilə münasibətlərə dair sualı cavablandıran Kavelaşvili deyib ki, Rusiya Gürcüstan ərazilərini işğal edib və ölkələr arasında diplomatik münasibətlər yoxdur, yalnız iqtisadi əlaqələr mövcuddur.

“Bizim əsas siyasətimiz sülh siyasətidir. İşğal olunmuş ərazilərdə abxaz və osetin qardaş və bacılarımız yaşayır. Biz işğalın müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, Gürcüstan gələcəkdə vahid və inkişaf etmiş dövlətə çevriləcək”, – deyə Gürcüstan prezidenti bildirib.

Kavelaşvilinin sözlərinə görə, o, “bütün vətəndaşlar üçün prezident” olmaq istəyir:

“Hökumət hazırda ağıllı mövqe tutub, ölkədə böhran süni şəkildə yaradılıb”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*