Gürcüstan Prezidenti: “Saakaşvili əfv olunmayacaq”backend

Gürcüstan Prezidenti: "Saakaşvili əfv olunmayacaq"

Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixeil Saakaşvilini əfv etmək niyyətində olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “BBC”yə müsahibəsində bildirib.

Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin həbsdə ölməsini istəmədiyini, lakin onu əfv etmək niyyətində olmadığını bildirib:

“Mən bunu niyə etməyəcəyimi artıq izah etmişəm. Çünki bu, cəmiyyətin əhəmiyyətli qütbləşməsi üçün bir fürsətdir. Eyni zamanda, mən eks-prezidentin həbsdə ölməsini və sağlamlığı ilə bağlı fəsadlar yaşamasını istəmirəm. Buna görə də tibbi hesabatları çox diqqətlə izləyirəm”.

Saakaşvilinin mümkün əfvindən danışan Prezident bildirib ki, hazırda onun belə səlahiyyətləri yoxdur, çünki ona qarşı məhkəmə prosesi davam edir və Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız bütün prosedurlar başa çatdıqdan sonra həyata keçirilə bilər.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib, bundan sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Sabiq prezidentin vəziyyəti pisləşdikdən sonra o, həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*