“Gürcüstanda erməni sürücülərin yük maşınlarının hərəkətinə icazə verilmir” – Tevanyanbackend

"Gürcüstanda erməni sürücülərin yük maşınlarının hərəkətinə icazə verilmir" - Tevanyan

Gürcüstanın özündə erməni sürücülərin yük maşınlarının hərəkətinə icazə verilmir.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan sosial şəbəkə hesabında yazıb.

“Nikol Paşinyan 44 günlük müharibəni və məğlubiyyətimizi bəxt və fürsət elan etdi. O bildirdi ki, nəhayət, Türkiyə və Azərbaycanla anlaşma tapmaq, yolları açmaq, dinc və yaxşı yaşamaq imkanı var.

Bu, təbii ki, blef və dövlət əleyhinə təbliğat idi. Çünki Türkiyə və Azərbaycan yaxşı və dinc yaşamaq üçün elə bir qiymət tələb edir ki, onu ödədikdən sonra Qarabağ və Ermənistan sadəcə olaraq mövcud olmayacaq.

Və diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyan hakimiyyəti dövründə mövcud açıq yollar praktiki olaraq bağlanır və yüklərin daşınması dayanır.

21 kilometrlik Gorus-Qafan hissəsini Azərbaycana təhvil verəndən sonra bizdə lazımi keyfiyyətli və rahat yol yoxdur. Bu da Ermənistan-İran yükdaşımalarına təsir göstərib.

Gürcüstanla digər açıq sərhədimizə gəlincə, son vaxtlar bu istiqamətdə ciddi problemlər yaranıb. Erməni sürücülərin yük maşınlarının 2 həftədən artıq hərəkət etməsinə icazə verilmir.

Tbilisi küçələrində bir kilometr uzunluğundakı kortej “həbs edilib”. Yəni təkcə Verin Lars keçid məntəqəsində deyil, Gürcüstanın özündə də problemlər var.

Bütün bunların nəticəsində erməni iş adamları böyük itkilərlə üzləşirlər. “Həbsdə olan” karvan mühitində də humanitar böhran yaranıb. İnsanlar günlərlə sürücü kabinələrində çimmədən, normal gigiyena şəraiti imkanı olmadan yatırlar.

Hər kəsi “sevən” Nikol hökuməti Ermənistan vətəndaşlarını aciz qoydu. Heç bir məmur Gürcüstandakı soydaşlarımıza baş çəkməyib və kömək təklif etməyib.

Mənimlə söhbətdə yük maşını sürücüləri təkidlə bildirdilər ki, onlara heç bir izahat verilməyib, Ermənistan hakimiyyətindən heç bir dəstək yoxdur, gücsüzdürlər.

Əslində, Ermənistan hökuməti Gürcüstan hakimiyyəti ilə normal danışıqlar aparmaq və problemin həllini tapmaq iqtidarında deyil və ya istəmir. “Açıq sərhədlər” təbliğatı ilə insanları qidalandıran hakimiyyətin əsl siması budur”, – deyə Tevanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*