Gürcüstanda hər dördüncü gənc işsiz və təhsilsizdir.
KONKRET.az xəbər verir ki, bu barədə araşdırmanı Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi açıqlayıb.
Araşdırmanın nəticələrinə görə, 2023-cü ildə 15-29 yaş arasında olan respondentlərin əksəriyyəti (58%) işinin olmadığını, hər beş nəfərdən biri (21%) fəal şəkildə iş axtardığını bildirib. Avropa İttifaqında gənclərin 11,2%-i bu kateqoriyaya düşür, yəni hər 9 nəfərdən biri.
Sorğu zamanı respondentlərin təxminən 31%-i təhsil almamış, təkmilləşdirmə kurslarında iştirak etməmiş və hazırda işləmir. Bu hal daha çox 25-29 yaşlı qadınlarda və Tiflisdən kənarda yaşayan insanlarda müşahidə olunur.
Günel Mikayılova,
KONKRET.az