Gürcüstanda olan ukraynalılar bu səbəbdən TƏXLİYƏ OLUNA BİLƏRbackend

Gürcüstanda olan ukraynalılar bu səbəbdən TƏXLİYƏ OLUNA BİLƏR

Gürcüstanda olan ukraynalılar ölkəyə rusların axını səbəbindən təxliyə oluna bilər.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın dövlətdəki müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib.

Kiyev Rusiya Federasiyası ilə hava əlaqəsi açılacağı təqdirdə ukraynalıların Gürcüstandan təxliyəsinə icazə verib.

“Birbaşa hava əlaqəsinin bərpası və real təhlükəsizlik risklərinin artması halında, səfirlik Ukrayna vətəndaşlarının kütləvi təxliyəsi üçün yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir. Bunun üçün beynəlxalq təşkilatlarla, tərəfdaşlarımızla əlaqə saxlamağı istisna etmirik”, – deyə o bildirib.

Kasyanov qeyd edib ki, təxliyə yalnız Ukrayna vətəndaşlarının həyatı və təhlükəsizliyinə real təhlükə yarandığı halda müzakirə olunacaq.

Onun sözlərinə görə, hazırda təxliyə marşrutlarının təşkili imkanları müzakirə olunur. Diplomat aydınlaşdırıb ki, onlar geri qayıtmaq imkanı olmayan ən həssas ukraynalılar üçün lazımdır. Yerüstü nəqliyyat evakuasiya üçün ən optimal hesab olunur, Kasyanov vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*