“Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” olmayacaq” – Baş nazirbackend

"Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” olmayacaq" - Baş nazir

Gürcüstan Rusiya üçün “ikinci cəbhə” təşkil etməyəcək.

KONKRET.az xarici mətbuata istinadən bildirir ki, bu mövqeyi Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. .

Hökumət başçısı vurğulayıb ki, 2008-ci ildə Rusiya Federasiyası ilə müharibə ölkəyə “min bir bəla” gətirdi və bu hadisələrin nəticələri dağıdıcı oldu. O, vətəndaşlarına söz verib ki, Rusiya ilə müharibə olmayacaq, hakimiyyət sülhü qorumaq üçün hər şeyi edəcək.

“Gürcüstanda “ikinci cəbhə” və müharibə olmayacaq, əksinə, inkişaf, quruculuq və sülh olacaq. Biz daxili düşmənlərimizin məsuliyyətsiz müharibə çağırışlarına imkan verməyəcəyik”, – Qaribaşvili bildirib.

Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin geri qaytarılmasına çağıranları Qaribaşvili “daxili düşmən” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*