Gürcüstanın Kutaisi şəhərini su basdı – FOTObackend

Gürcüstanın Kutaisi şəhərini su basdı - FOTO

Gürcüstanda aramsız yağışlar Kutaisi şəhərində ciddi fəsadlar törədib.

KONKRET.AZ xəbər verir ki, şəhərin mərkəzi küçə və yolları su altında qalıb.

Güclü yağış nəticəsində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb, yaşayış evləri və iaşə obyektlərinin birinci mərtəbələrini su basıb.

Oqaskuri çayının daşması vəziyyəti daha da çətinləşdirib. Kutaisidə baş verən təbii fəlakət 60-dan çox ailəyə zərər vurub.

Təbii fəlakətlə bağlı Kutaisi şəhər meriyasında xüsusi qərargah yaradılıb.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin qrupları təbii fəlakət zonasına cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*