“Güzəşt üçün vaxt bitib” – Zelenskibackend

“Güzəşt üçün vaxt bitib” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Berlində Almaniya Bundestaqının xüsusi plenar iclasında çıxışı zamanı Rusiya Federasiyası ilə kompromis üçün vaxtın tükəndiyini bildirib.

KONKRET.az xəbər verir ki, Ukrayna dövlətinin başçısı Rusiyanın başlatdığı müharibənin Kiyevin və bütün Avropanın maraqları naminə başa çatacağına əminliyini ifadə edib:

“Biz bunu öz şərtlərimizlə, yer üzündə hər bir sadə insan üçün başa düşülən şərtlərlə tamamlayacağıq”, – deyə Zelenski qeyd edib.

O bildirib ki, Rusiya başlatdığı müharibəyə görə tam məsuliyyət daşımalıdır. Bu təcavüzün Ukrayna xalqına vurduğu bütün zərəri ödəməlidir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*