Haaqa məhkəməsi ən böyük müstəntiq qrupunu Ukraynaya göndərirbackend

Haaqa məhkəməsi ən böyük müstəntiq qrupunu Ukraynaya göndərir

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) 42 təhqiqatçısı Rusiya hərbçilərinin Ukraynada törətdikləri hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib.

Kərim Xan qeyd edib ki, bu, “onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük göndərişdir”. Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir. Onlar “faktları tapıb həqiqəti müəyyən edəcəklər”.

Prokuror vurğulayıb ki, Haaqa Məhkəməsi və ya milli hakimiyyət orqanlarının ədalət mühakiməsini həyata keçirib-keçirməyəcəyi onu maraqlandırmır: “Əsas odur ki, araşdırmalar etibarlı, dürüst və müstəqil olsun və bundan sonra hakim qərar verə bilər”.

O qeyd edib ki, Haaqa Məhkəməsi Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ümumi sənədlərlə tanış ola biləcək.

Eyni zamanda, beynəlxalq məhkəmə bütün sənədlərini paylaşmaq niyyətində deyil. “Çünki biz münaqişənin bütün tərəflərinin hərəkətlərinə baxmaq məcburiyyətindəyik, istər nizami qüvvələr olsun, istərsə də nizamsız ordular”, – prokuror əlavə edib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan martın 2-də Ukraynada törədilmiş cinayətlərlə bağlı istintaqa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*