Haaqa məhkəməsi Ukraynadakı soyqırımla bağlı Rusiyaya qarşı işə baxılacağı TARİXİ AÇIQLADIbackend

Haaqa məhkəməsi Ukraynadakı soyqırımla bağlı Rusiyaya qarşı işə baxılacağı TARİXİ AÇIQLADI

Haaqa məhkəməsi oktyabrda Ukraynanın soyqırımı ilə bağlı işinə baxacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumukrayna telemarafonunda Ukraynanın Beynəlxalq Ədalət Məhkəməsindəki agenti, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korıneviç məlumat verib. O bildirib ki, payızda Haaqa Beynəlxalq Məhkəməsi Rusiya Federasiyasının ukraynalıların soyqırımında ittiham edilməsi ilə bağlı işə baxmağa başlaya bilər.

“Biz iyulun 1-də memorandum verdik. Bu o deməkdir ki, Rusiya Federasiyasının üç ay müddətində təqdim etmək vaxtı var, əgər varsa, bu iş üzrə məhkəmənin yurisdiksiyasına etirazını bildirsin. Bundan sonra məhkəmə qərar qəbul etməyə keçə bilər”, – deyə o izah edib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanı dövlət kimi, eləcə də konkret şəxsləri məsuliyyətə cəlb edə bilər.

Xatırladaq ki, martın 16-da Haaqa Beynəlxalq Məhkəməsi Rusiyaya 2022-ci il fevralın 24-də Ukraynada başlayan və elan olunmuş məqsədi Luqansk və Donetskdə iddia edilən soyqırımın “qarşısını almaq və cəzalandırmaq” olan hərbi əməliyyatları dayandırmağı əmr edib.

Kreml qərara məhəl qoymayacaqlarını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*