Haitidən oğurlayıb Eyfel tikdilərbackend

Haitidən oğurlayıb Eyfel tikdilər

Fransa Eyfel qülləsinin tikintisi də daxil olmaqla paytaxt Parisi maliyyələşdirmək üçün onilliklər ərzində keçmiş müstəmləkəsinin pullarını oğurlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti məlumat yayıb.

Belə ki, xəbərdə Eyfel qülləsinin tikintisini maliyyələşdirən Fransız bankı “CIC”nin bu pulu 20-ci əsrin ortalarına qədər Haitidən “müstəqilliyin qiyməti” olaraq toplanan “xərac”larla əldə etdiyi bildirilir.

Qəzet bu hadisələrlə bağlı sənədlərin əksəriyyətinin məhv edildiyini bildirib.

Qeyd edək ki, toplanan “xərac”ların məbləği 155 milyard dollar təşkil edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*