Türkiyənin Xarici işlər naziri Hakan Fidan iraqlı Fuad Hüseynlə telefonla danışıb.
KONKRET.az-ın xəbərinə görə, onlar son günlər bölgədə hökm sürən gərginliyi müzakirə edib.
Fidan Türkiyənin dost və qardaş ölkələr arasında hər hansı problemin olmasını istəmədiyini qeyd edib.
O qeyd edib ki, tərəflər sakit davranmalı və regionun sabitliyini riskə atacaq addımlardan çəkinməlidirlər.
Ayan
KONKRET.AZ
