“Hakim partiya Nikol Paşinyanın istefa verməli olacağını İSTİSNA ETMİR” – “PAST”backend

"Hakim partiya Nikol Paşinyanın istefa verməli olacağını İSTİSNA ETMİR" - "PAST"

Ermənistanda hakim partiya olan “Vətəndaş müqaviləsi” Nikol Paşinyanın istefa verməli olacağını istisna etmir.

KONKRET.az xəbər verir ki, bu barədə erməni qəzeti “Past” öz mənbələrinə istinadən yazır. Nəşr bildirir ki, “Vətəndaş müqaviləsi” partiyasında mümkün fors-major vəziyyətlə bağlı intensiv müzakirələr gedir. Bu müzakirələr ölkə və dövlət nöqteyi-nəzərindən yox, hakimiyyətin qorunması baxımından aparılır.

“Fakt budur ki, partiya təmsilçiləri yaranmış münaqişə vəziyyətindən və artan daxili siyasi təzyiqdən son dərəcə narahatdırlar. Ona görə də onlar B və D planları üzərində düşünürlər ki, birdən-birə hakimiyyət müxalifətə keçməsin. Mənbə bildirir ki, hətta “Vətəndaş müqaviləsi” də Nikol Paşinyanın istefaya məcbur ediləcəyini istisna etmir.

İndi parlamentdə öz namizədini irəli sürmək və Baş naziri seçmək variantını müzakirə edirlər. Əldə etdiyimiz məlumata görə, Suren Papikyanın namizədliyi ən aktiv şəkildə müzakirə olunur.

Amma hətta burada da “geosiyasi” oriyentasiyaların toqquşması müşahidə olunur. Çünki “Vətəndaş müqaviləsi”ndə heç də hamı qərbyönlü fikirlərə sadiq deyil.

Mənbə bildirir ki, növbədənkənar seçkilərin keçirilməsi müzakirə olunan fors-major variantlardan biridir”, –deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*