Hava kəskin dəyişir – XƏBƏRDARLIQbackend

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*