Hava Limanı yolunda sürət həddi endirildibackend

Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.

Bu barədə KONKRET.aza Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*