UFC-nin yüngül çəkidə çempionu, dağıstanlı Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov publisist Oleq Kaşinin oğlunun ünvanına söylədiyi sərt sözləri haqqında danışıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist bildirib ki, döyüşçü Rusiyanı dünya arenasında nüfuzdan salır.
Həmçinin o, əlavə edib ki, ölkədə qarışıq təkbətək döyüş növü qadağan olunmalıdır.
“Bu, sadəcə həsəd aparmaqdır. Onun döyüşlərini heç kəs ləğv etməyib. Hazırda amerikalı Toni Ferqüsonla mübarizəyə hazırlaşırıq, paxıllar isə hər cür mane olmağa çalışırlar”, — deyə “Yüksəliş” (Podyom) nəşri Nurməhəmmədovdan sitat gətirir.
Kaşin deyib ki, Həbib Nurməhəmmədovun yeri dünya arenasında deyil, doğma kəndlərindədir.
Babək Göyüş
KONKRET.az
