Həbibin iki bankda hesabı donduruldubackend

Həbibin iki bankda hesabı donduruldu  

Doqquz min rubl borcu olduğuna görə döyüşçü Həbib Nurməhəmmədovun “Eagles Team” klubundakı hesabları bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Meş” teleqram kanalı yayıb.

2016-cı ildə Həbib Nurməhəmmədov “Eagles Team”in həmsədri olub. Komandanın təqdimatı zamanı o, prezident kimi klubu idarə edəcəyini söyləyib. 2019-cu ilin yayında Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə o vaxtkı səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov Nurməhəmmədovun məşqçi kimi “Eagles MMA” komandasına uğurla rəhbərlik etdiyini xatırladıb.

Bu gün “Meş” nəşri yazıb ki, Həbibin klubunun kreditorlara 9,4 min rubl borcu qalıb. Pulu geri qaytarmaq üçün cəhd etsələr də buna nail ola bilməyiblər. Çünki aydın olub ki, Moskvanın Skakova küçəsində qeydiyyatda belə klub yoxdur.

Bu baxımdan kreditorlar klubun Sberbank və Alfa Bankdakı hesablarını dondurmağa müvəffəq olublar.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*