Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyibbackend

Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib

Ermənistanda həbsdə olan siyasətçi və iş adamı Qaqik Çarukyana məxsus “Multi Transport” şirkəti gəlirləri gizlətmək və təxminən 3 milyon dollar məbləğində vergi ödəməməkdə ittiham olunur.

KONKRET.az xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, ölkə üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkət 2025–2026-cı illərdə 4,3 milyard dram (təxminən 11,6 milyon dollar) məbləğində dövriyyəni gizlədib.

Qurumun hesablamalarına əsasən, bunun nəticəsində şirkət təxminən 3 milyon dollar məbləğində vergini dövlət büdcəsinə ödəməyib.

Məsələ ilə bağlı araşdırma davam edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*